• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Vanqadan 2026-cı il üçün qorxulu proqnoz – “Ufo ilə ilk təmas noyabrda olacaq”
DÜNYA
18 Sentyabr 2025 | 23:35

Vanqadan 2026-cı il üçün qorxulu proqnoz – “Ufo ilə ilk təmas noyabrda olacaq”

Balkanların məşhur kor kahini Vanqa, gələcəklə bağlı iddialı proqnozları ilə tanınır. O, əvvəllər Şahzadə Diananın ölümü, 11 Sentyabr hücumları və Covid-19 pandemiyasını öncədən görməsi ilə yadda qalmışdı. Onun ardıcılları hesab edir ki, Vanqanın bəzi proqnozları indiki dövrdə də reallıqla üst-üstə düşür.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Vanqa 1990-cı ildə öz ölüm tarixini 11 avqust 1996 olaraq öncədən demiş və bu doğru çıxmışdı. Eləcə də 2025-ci il üçün "Avropada böyük müharibə başlayacaq, bəşəriyyətin süqutu yaxınlaşacaq" proqnozunu vermişdi. Onun sözlərinə görə, "Şərqdə başlayan müharibə Qərbin dağılmasına səbəb olacaq", bu prosesdə isə Rusiya dünyanın əsas gücünə çevriləcək.

2026-cı il üçün proqnozlar:

Təbii fəlakət: Zəlzələ, vulkan püskürmələri və iqlim böhranı artacaq. Dünyanın 7-8%-lik ərazisi ciddi zərər görə bilər, ekosistemlər və infrastruktur dağıla bilər.

Üçüncü Dünya Müharibəsi: Vanqaya görə, 2026-cı ildə böyük dövlətlər arasında gərginlik pik həddə çatacaq. Çin tərəfindən Tayvanın işğalı ilə başlayan böhran Rusiyanı və ABŞ-ı birbaşa qarşıdurmaya aparacaq.

Texnologiya və süni intellekt: Vanqa 2026-cı ildə süni intellektin idarəni ələ alacağını, insanların işlərini, münasibətlərini və gündəlik həyat tərzini robotlara itirəcəyini bildirib.

Ufo ilə ilk təmas: Ən diqqətçəkən iddia isə 2026-cı ilin noyabrında baş verəcək hadisədir. Vanqa nəhəng bir kosmik gəminin Yer atmosferinə daxil olacağını və bəşəriyyətlə ilk təmasın qurulacağını söyləyib.

Elmi dünyadan maraqlı təsadüf

NASA bu il nadir davranışlar göstərən bir kuyruklu ulduzun Yerə yaxınlaşdığını açıqlayıb. Harvardlı astrofizik Avi Loeb isə bunun əslində təbii göy cismi yox, ağıllı sivilizasiyaya aid ola biləcəyini iddia edib.

Loeb xəbərdarlıq edərək deyib: "Bu obyekt bəlkə bizi xilas etmək, bəlkə də məhv etmək üçün gəlir. Hazırlıqlı olmalıyıq." Onun sözlərinə görə, həmin cisim Günəş sisteminin təbii hərəkətinə tamamilə əks istiqamətdə irəliləyir./milli.az


SON XƏBƏRLƏR

18 Sentyabr 2025