• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Vinisius Junior Madridi vaxtından əvvəl tərk edir
İDMAN
22 May 2026 | 21:01

Vinisius Junior Madridi vaxtından əvvəl tərk edir

“Real Madrid”in hücumçusu Vinisius Junior klub rəhbərliyindən İspaniya çempionatının sonuncu – 38-ci turunda “Atletik Bilbao”ya qarşı keçiriləcək matçı buraxmaq üçün rəsmi icazə alıb.

Bakıvaxtı.az ESPN telekanalına istinadən xəbər verir ki, mayın 23-də baş tutacaq bu oyunda iştirak etməyəcək forvard 2026-cı il dünya çempionatına hazırlıqlara başlamaq üçün vaxtından əvvəl Braziliya millisinin düşərgəsinə yollanacaq.

Ulduz futbolçu cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 53 matça çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yaddan qalıb.

Qeyd edək ki, bu mövsüm “Barselona” vaxtından əvvəl İspaniya çempionu olub, “Real” isə turnir cədvəlində ikinci pilləni təmin edib.


SON XƏBƏRLƏR