• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

18 yaşlı gəncin meyiti tapıldı

HADİSƏ

02 Iyun 2026 | 08:59

18 yaşlı gəncin meyiti tapıldı

Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.

    Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

    İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.


    SON XƏBƏRLƏR