Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.
Sərnişinin infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




