Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib.
Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq Əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin olunub.
FHN-dən məlumatı təsdiqləyiblər.
Bakı 




