Mingəçevirdə ana və iki yaşlı oğlunu maşın vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini İbrahim Şükürlü idarə etdiyi BMW markalı avtomobillə piyadalar - 28 yaşlı Türkan Nəsirova və onun iki yaşlı oğlunu vurub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.
Bakı 




