ABŞ lideri Donald Tramp telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ABŞ prezidenti İsrailin baş nazirini Livandakı hərbi əməliyyatlarına görə tənqid edib, halbuki Vaşinqton İranla davam edən danışıqları qorumağa çalışır. Tramp Netanyahunu “dəli” adlandırıb və onu Tehranla danışıqları təhlükəyə atmaqda günahlandırıb. ABŞ prezidenti həmçinin münaqişənin şiddətlənməsindən və bunun İranla danışıqlara təsirindən ehtiyat edərək İsraili Beyruta qarşı planlaşdırılan hücumdan imtina etməyə məcbur edib.
Aydın
Bakı 




