• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

BMT Baş Assambleyasının 81-ci sessiyasının yeni sədri seçildi

DÜNYA

02 Iyun 2026 | 20:20

BMT Baş Assambleyasının 81-ci sessiyasının yeni sədri seçildi

Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri seçilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 190 üzvündən 99-u onun namizədliyini dəstəkləyib.

Xəlilur Rəhmanın rəqibi Kiprin Xarici İşlər Nazirliyinin çoxtərəflilik məsələləri üzrə xüsusi nümayəndəsi Andreas Kakuris olub. O, 91 səs toplayıb.

Səsvermənin yekunlarını açıqlayan BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok bildirib:

"Zəruri səs çoxluğunu əldə etdiyinə görə, Zati-aliləri Xəlilur Rəhman Baş Assambleyanın sədri seçilmiş hesab olunur".

Xəlilur Rəhmanın diplomatik fəaliyyəti 1979-cu ildə başlayıb. O, müxtəlif illərdə Banqladeşin BMT yanında daimi nümayəndəliyində çalışıb, həmçinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində yüksək vəzifələr tutub. Rəhman Baş Assambleyanın 41-ci sessiyası sədrinin köməkçisi olub, eləcə də BMT Ticarət və İnkişaf Konfransı sistemində fəaliyyət göstərib.

Xəlilur Rəhman sentyabrın əvvəlində, BMT Baş Assambleyasının 81-ci sessiyasının rəsmi açılışından sonra vəzifəsinin icrasına başlayacaq.


SON XƏBƏRLƏR