• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

"ABŞ ilə İran atəşkəs və Hörmüz boğazının açılmasını istəyir"

DÜNYA

02 Iyun 2026 | 18:44

ABŞ ilə İran atəşkəs və Hörmüz boğazının açılmasını istəyir

Türkiyə ABŞ və İranın Yaxın Şərqdə atəşkəs rejiminin qorunması, Hörmüz boğazının açılması və danışıqların davam etdirilməsində səmimi şəkildə maraqlı olduğunu hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.

O xatırladıb ki, səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və "Hizbullah" nümayəndələri ilə baş tutan təmaslar barədə məlumat verib və bu təmasların yekunlarına əsasən tərəflər Livanda atəşkəs rejiminə riayət etməyə razılaşıblar.

"Görünən odur ki, İsrail hazırda quru əməliyyatından imtina edib. Buna görə də düşünürəm ki, hər iki tərəf dayandıqları yerdən danışıqlara qayıda bilər. Ümid edirəm ki, bir neçə gün ərzində onlar qarşılıqlı anlaşmaya nail ola biləcəklər", - Fidan qeyd edib.

Livanda atəşkəs rejiminin qorunub saxlanması ehtimalı ilə bağlı optimist olub-olmadığı barədə suala Türkiyənin XİN rəhbəri belə cavab verib: "Həm bəli, həm xeyr".

"Mən əminəm ki, amerikalılar və iranlılar səmimi şəkildə atəşkəs, Hörmüz boğazının açılmasını və gələcək danışıqların, xüsusən də nüvə proqramı və bununla bağlı məsələlər üzrə danışıqların davam etdirilməsini istəyirlər. İsrailə gəldikdə isə, Təl-Əvivdə regionda sabitliyə can atmaq istəyi görmürəm. Yəni bu məsələdən (Livanda atəşkəsdən-red.) o qədər də əmin deyiləm", - nazir vurğulayıb.

ABŞ-nin danışıqlardan imtina etməsi və İrana zərbələri bərpa etməsi ehtimalı barədə sualı cavablandıran Fidan, bu ssenaridən qaçmağın mümkün olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, vasitəçilər, Türkiyə, Qətər və prosesin digər iştirakçıları danışıqlara kömək etmək və tərəflərin qarşılıqlı anlaşmasına nail olmaq üçün səylər göstərməyə davam edirlər.


SON XƏBƏRLƏR