• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

AB Ermənistana 2,2 milyon avro ayırır

DÜNYA

02 Iyun 2026 | 20:11

AB Ermənistana 2,2 milyon avro ayırır

Avropa Birliyi (AB) viza liberallaşdırılmasını dəstəkləmək üçün Ermənistana 2,2 milyon avro ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Vəsaitlər sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında islahatlara sərf olunacaq.

Daxili işlər naziri Arpine Sərkisyan vurğulayıb ki, bu, Ermənistanda viza liberallaşdırılmasını birbaşa dəstəkləyən ilk proqramdır. Proqram Litva tərəfindən AB-nin maliyyə dəstəyi ilə Ermənistan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.


SON XƏBƏRLƏR