ABŞ-nin Florida ştatının rəhbərliyi, uşaqlar üçün təhlükəsiz olmadığı əsası ilə "ChatGPT" platformasını məhkəməyə verib.
Bakıvaxtı.az xarici mediaya istinadən verir ki, Florida Baş prokuroru Ceyms Utmayer "OpenAI" şirkətini və onun rəhbəri Sem Altfmanı aldadıcı ticarət fəaliyyətində və səhlənkarlıqda ittiham edib.
Məhkəmə sənədində "ChatGPT"yə qarşı kütləvi qətliamlara kömək etmək, intiharı təşviq etmək və azyaşlıları valideyn nəzarəti olmadan asılı vəziyyətə salmaq kimi ağır iddialar yer alıb. Prokuror Utmayer şirkətin uşaqların təhlükəsizliyini deyil, mənfəəti üstün tutduğunu bəyan edib.
Qeyd edək ki, analoji iddia bundan əvvəl Pensilvaniyada da qaldırılmışdı. Orada "Character.AI" çat-botu özünü həkim kimi təqdim edərək istifadəçiləri aldatmaqda ittiham olunurdu.
Aydan Məlikməmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




