• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Rubio: ABŞ və İran arasında sazişin bağlanması perspektivi var

DÜNYA

02 Iyun 2026 | 19:22

Rubio: ABŞ və İran arasında sazişin bağlanması perspektivi var

ABŞ yaxın vaxtlarda İranla münaqişənin tənzimlənməsinə dair razılaşmanın bağlanacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində bildirib.

Onun sözlərinə görə, o, ABŞ və İran arasında sazişin bağlanmasına zəmanət verə bilməz, lakin onun yekunlaşdırılması üçün perspektivlər görür.

"Bunlar (danışıqlar - red.) yekun nəticədə sövdələşmənin bağlana biləcəyinə zəmanət vermir. ABŞ razılaşmanın bağlanmasına ümid edir və razılaşmanın "bu gün, sabah və ya növbəti həftə" əldə oluna biləcəyi perspektivini görür", - Rubio deyib.


SON XƏBƏRLƏR