• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

CƏMİYYƏT

02 Iyun 2026 | 17:30

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə iyunun 3-ü saat 15:00-da Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək.

Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


SON XƏBƏRLƏR