• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Slavyan Universiteti fəaliyyətini dayandırır? - RƏSMİ

CƏMİYYƏT

02 Iyun 2026 | 17:08

Slavyan Universiteti fəaliyyətini dayandırır? - RƏSMİ

Bakı Slavyan Universitetinin fəaliyyətini dayandıracağı ilə bağlı bəzi iddialar yayılıb.

Bakıvaxtı.az-a daxil olan məlumata görə, bu barədə tələbələr və bəzi müəllimlər arasında söhbətlərin olduğu iddia edilir. Həmin iddialara görə, tələbələrin müxtəlif ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən universitetin mətbuat katibi Səbinə Hüseynzadə isə yayılan məlumatları təkzib edib.

O bildirib ki, iddialar əsassızdır və Bakı Slavyan Universiteti fəaliyyətini adi qaydada davam etdirir.

Murad İsmayıl


SON XƏBƏRLƏR