• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Luvr qarətində Belçika izi aşkarlandı

DÜNYA

02 Iyun 2026 | 21:41

Luvr qarətində Belçika izi aşkarlandı

Ötən ilin oktyabr ayında Fransanın Luvr muzeyində baş vermiş qarətlə bağlı aparılan istintaq çərçivəsində müstəntiqlər Belçika ilə əlaqəli yeni versiyanı araşdırırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Belçika polisi Şərqi Avropadan olan bir neçə şübhəlini (Abduley N., Gelamalla A., Sliman K. və Rəşid X.) sıradan yük oğurluğu işi üzrə saxlayıb. Saxlanılan şəxslərin mobil telefonlarına baxış keçirilərkən müstəntiqlər Luvrun, o cümlədən Fransa kral zinət əşyalarının oğurlandığı Apollon qalereyasının fotolarını aşkar ediblər.

Dəlillər Mədəniyyət dəyərlərinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Mərkəzi İdarənin mütəxəssislərinə təhvil verilib. Hazırda ekspertlər həmin fotoşəkillərin necə və nə vaxt çəkildiyini, eləcə də onların oğurluqla mümkün əlaqəsini müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, qarətdən aylarlar müddət keçməsinə baxmayaraq Fransa kral kolleksiyasına aid, dəyəri 88 milyon avrodan çox olan səkkiz zərgərlik məmulatı hələ də tapılmayıb.


SON XƏBƏRLƏR