Əməkdar artist Babək Niftəliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbində yeni vəzifəyə təyin edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, məktəbin xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Təyinatla bağlı müvafiq əmri məktəbin rəhbəri Teymur Göyçayev imzalayıb.
Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Uşaqlıq illərində Gəncədə yerləşən Kəlbəcər 1 nömrəli musiqi məktəbində saz ixtisası üzrə təhsil alıb. Daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilini davam etdirib, Azərbaycan Milli Konservatoriyasında isə bakalavr və magistr pillələrini tamamlayıb.
O, Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir, ustad sənətkarlarla birgə çalışır.
Həmçinin Sumqayıt Musiqi Kollecində və A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərib.
Murad İsmayıl
Bakı 




