• Bakı 34° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

DYP-dən "Qarabağ" - "Marsel" oyunu ilə bağlı vətəndaşlara MÜRACİƏT

CƏMİYYƏT

24 Fevral 2022 | 09:06

DYP-dən Qarabağ - Marsel oyunu ilə bağlı vətəndaşlara MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda Fransa "Marsel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb: "Qarabağ və "Marsel" komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır".


SON XƏBƏRLƏR

01 Avqust 2025