Ümimdünya Səhiyyə Təşkilatı (ÜST) ilk 12 ay uşağın ana südü ilə qidalanmasının tövsiyə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova nazirliyin canlısında deyib.
Onun sözlərinə görə, ilk 6 ay ərzində sırf ana südü verilir.
R.Nemətova bildirib ki, 4-6 ay arasında əlavə qidalarını təklif edə bilərlər.
Mütəxəssis əlavə qidaya südsüz sıyıqlardan və tərəvəz-meyvə pürelərindən başlanmalı olduğunu nəzərə çatdırıb:
"Mütləq südsüz sıyıqlar verilməldir və meyvə-tərəvəz mövsümə uyğun olmalıdır".
Qeyd edib ki, körpəyə yeni məhsul verdikdə mütləq aradan 7 gün keçməlidir.
Mina Mikayılova