• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

14 xəstə Xankəndidən Ermənistana aparıldı

CƏMİYYƏT

01 Iyun 2023 | 18:31 | Müəllif: Subhan Mahmudov

14 xəstə Xankəndidən Ermənistana aparıldı

BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsindən keçməklə səhhətində problemlər yaranan erməniləri Ermənistan və əks istiqamətdə daşıyıblar.

Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Laçın yolunun başlanğıcında qurulan sərhəd keçid məntəqəsindən keçməklə 14 xəstə Xankəndidən Ermənistanın xəstəxanalarına çatdırılıb. Laçın yolunun başlanğıcında qurulan mənətəqədən sərbəst keçməklə daha 12 erməni isə müalicə olunduqdan sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına qayıdıb.

Qeyd edək ki, bu məlumat növbəti dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin heç bir maneə ilə qarşılaşmadan, sərbəst hərəkət etdiyini növbəti dəfə təsdiq edir./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026