• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

1750 məhbus vaxtından əvvəl azad ediləcək

HADİSƏ

10 Sentyabr 2024 | 16:15

1750 məhbus vaxtından əvvəl azad ediləcək

İngiltərə və Uels həbsxanalarında həddindən artıq sıxlıq səbəbindən bu gün 1750-yə yaxın məhbus cəzalarının müddətinin azaldılması ilə erkən azad olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, beş ildən az müddətə məhkum olunan şəxslər, adətən cəzalarının 50 faizini çəkdikdən sonra azadlığa buraxıldıqları halda, indi bu müddət 40 faizə endirilib. Zorakılıq, cinsi cinayətlər və məişət zorakılığı ilə əlaqəli cinayətlər törədən, azı dörd illik həbs cəzası alan məhbuslara bu endirim şamil edilmir.

Qeyd edək ki, ötən həftə İngiltərə və Uels həbsxanalardakı məhbusların sayı 88 min 521 nəfərə çataraq tarixi rekord vurub. Baş nazir Kir Starmer mövcud vəziyyətin artıq böhran həddinə çatdığını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026