• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

27 ildə bir ilk: NASA Avstraliyadan... 

DÜNYA

08 Iyun 2022 | 17:12 | Müəllif: Qalib İbrahimoğlu

27 ildə bir ilk: NASA Avstraliyadan...

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilk dəfə olaraq ABŞ hüdudlarından kənarda yerləşən özəl kosmodromdan 3 raket buraxacaq

Bakıvaxtı.az xəbər verir ki, NASA-nın Avstraliyanın şimalındakı Arnhem Kosmik Mərkəzindən atacağı 3 suborbital sondaj raketi üçün 26 iyun, 4 iyul və 12 iyul tarixləri müəyyən edilib.

Avstraliyanın baş naziri Entoni Albanese bunun həqiqətən də həyəcanverici bir layihə olduğunu deyib. Onun sözlərinə görə, söhbət təkcə raketin buraxılmasından getmir. Bu buraxılış gənc avstraliyalılara mesaj göndərir: "Bu, elmin hər yaşda olan avstraliyalıların gələcək karyeraları üçün nə qədər vacib olduğunu göstərəcək".

Avstraliyadan atılacaq 12,2 metr və 2200 kiloqramlıq raketlərin gələcək nəsillər üçün böyük əhəmiyyət daşıdığını bildirən Albanese gələcək nəslin elmə, texnologiyaya, mühəndisliyə və riyaziyyata sanki Avstraliyanın bir parçası kimi baxmasını arzuladıqlarını deyib: “Ona görə də bu, çox vacib layihədir”.

Qeyd edək ki, NASA-nın sonuncu raketləri 1995-ci ildə Avstraliyada buraxılıb

Aytac Aslan


27 ildə bir ilk: NASA Avstraliyadan...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR