Paytaxtın Pirallahı rayonunda intihar hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 19 radələrində Dübəndi bağlar sahəsində yerləşən evdə qeydə alınıb.
Həmin evdə fəhlə işləyən Füzuli rayon sakini 1996-cı il təvəllüdlü Səxavət Həsənli özünü asaraq həyatına son qoyub.
Hadisənin səbəbləri hələlik bilinmir.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda araşdırma aparılır.