Beyləqan rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Balıvaxtı.az xəbər verir. Hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İlkin İsmayıl oğlu İsmayılov yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Beyləqən Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az


jpg-1687689723.jpg)













