• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda kater qəzaya uğradı - Xəsarət alanlar var

HADİSƏ

25 Iyul 2023 | 01:05 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda kater qəzaya uğradı - Xəsarət alanlar var

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində kater qəzaya uğrayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, bu gün axşam saat 21 radələrində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin - Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026