Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.
23:49
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə Bakıvaxtı.az -a FHN-dən bildirilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
23:14
Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.
Bakıvaxtı.az verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib. Havanın küləkli olmasa yanğının söndürülməsi işini çətinləşdirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.
22:31
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə NZS qəsəbəsində, qamışlıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
















