• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

4 uşağın ölümü: Ailə faciəsinin sirri AÇILIR

DÜNYA

28 Sentyabr 2024 | 01:10 | Müəllif: Subhan Mahmudov

4 uşağın ölümü: Ailə faciəsinin sirri AÇILIR

Rusiyanın Krasnoyarsk diyarının Krasnaya Sopka kəndindən olan dörd uşağın ölümcül zəhərlənməsinin prioritet versiyası onların orqanizminə naməlum həşərat daxil olması hesab edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi öz saytında məlumat yayıb.

İdarədən bildirildiyinə görə, məhkəmə-kimyəvi ekspertiza zamanı insektisid maddənin tərkib hissələri müəyyən edilib.

Bundan əvvəl "Rospotrebnadzor" zəhərlənən ailənin nahar etdiyi qidaların ekspertizasının nəticələrini dərc edib. Mütəxəssislər məhsulların bütün məcburi sanitariya və kimyəvi standartlara cavab verdiyini müəyyən ediblər.

Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində yaşayan altı nəfərdən ibarət ailənin zəhərlənməsi sentyabrın 21-də məlum olub. Nəticədə, yalnız bir yetkin kişi və qadın xilas edilib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026