• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

41 min nəfərə əlillik təyin edildi

CƏMİYYƏT

09 Noyabr 2023 | 10:02

41 min nəfərə əlillik təyin edildi

Yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib, 69,8 min şəxsə reabilitasiya xidməti göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib.

Onlardan 20,5 mininə ilkin, 20,8 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 69,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026