• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

45 əcnəbidən 110 kq-dan çox narkotik götürülüb

HADİSƏ

16 Sentyabr 2024 | 11:45

45 əcnəbidən 110 kq-dan çox narkotik götürülüb

Bu il yanvar-avqust aylarında narkotiklərlə bağlı 45 əcnəbi saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, xarici vətəndaşlardan ümumilikdə 110 kq 016 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Qeyd olunub ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 176 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 697 kq 218,848 qr narkotik vasitə və psixotrop maddə, 14768 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılıb:

"Ümumilikdə, aşkar edilmiş cinayətlərin 224-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 632 kq 187,911 qr narkotik vasitə, psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 2092 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 512 kq 792,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026