Göyçay rayonunda intihar baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, rayonun Yeniarx kənd sakini, 1970-ci il təvəllüdlü Hafiz İsmayılov yaşadığı evdə özünü kəndirlə asıb.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
















