• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ bombardmançıları ilk dəfə İsveçdə

DÜNYA

22 Iyun 2023 | 11:13

ABŞ bombardmançıları ilk dəfə İsveçdə

ABŞ-ın bombardmançı təyyarələri ilk dəfə NATO üzvlüyünü gözləyən İsveçə təlimlər üçün enib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ordusu iki Amerika B-1B bombardmançısının İsveçin şimalındakı Lulea-Kallax hava limanına eniş etdiyini açıqlayıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü Luiza Levin AFP-yə bildirib ki, bombardman əməliyyat qrupu ilə həm hava qüvvələri, həm də ordu olaraq birgə təlim keçiblər.

Mətbuat katibi təlimlərin nə qədər davam edəcəyini açıqlamayıb.

NATO-ya üzvlük üçün Türkiyə və Macarıstandan təsdiq gözləyən İsveç bu ayın əvvəlində alyansın üzvü olmasa da, öz ərazisində NATO əsgər və texnikasını yerləşdirməyə hazır olduğunu açıqlamışdı.

Digər tərəfdən, İsveç xarici işlər naziri Tobias Billström dünən NATO-ya üzvlük üçün lazım olan öhdəlikləri bir daha yerinə yetirdiklərini və Türkiyənin təsdiqini gözlədiklərini bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026