• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

ABŞ-da polis vətəndaşı güllələdi

DÜNYA

25 Aprel 2021 | 13:09

ABŞ-da polis vətəndaşı güllələdi

ABŞ polisi Hollivudun Los-Anceles bölgəsində vətəndaşı güllələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər polisinin Tvitter səhifəsində məlumat yer alıb.

Bildirilib ki, hadisə şənbə günü gecə saatlarında baş verib. Belə ki, polis çağırışa gedərkən başqa bir avtomobil qəfildən onların maşınına çırpılıb. Polislərin qarşısınaa güllə keçirməyən gödəkçə geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü çıxıb. O, polislərə doğru irəliləyərək "üç, iki, bir" saymağa başlayıb və əlini önə uzadıb. Bu zaman polis naməlum şəxsin hərəkətlərini təhdidedici hesab edərək ona atəş açıb. Kişi yerindəcə ölüb, faktla bağlı araşdırma aparılır.

Məlumatda ölən şəxsin üzərində silah olub-olmadığı qeyd edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026