• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Latviya Belarus üzərindən uçuşları dayandırdı

DÜNYA

24 May 2021 | 14:28

Latviya Belarus üzərindən uçuşları dayandırdı

Latviyanın “AirBaltic” hava yolu şirkəti Belarus üzərindən uçmamaq barədə qərar verib.

Bakivaxti.az xəbər verir ki, bununla bağlı ölkənin nəqliyyat naziri Talis Linkayts bildirib.

Belə bir qərar Afina-Vilnüs reysini yerinə yetirən “Ryanair”ə məxsus təyyarənin Minskə təcili enişindən sonra qəbul edilib. Nazir, baş verən vəziyyəti qeyri-adi adlandırıb və bunun çoxlu suallar doğurduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi göyərtədəki bomba xəbərinə görə təcili olaraq Minskə eniş edib. Bomba barədə məlumat təsdiqini tapmayıb. Belarusda ekstremist kimi tanınan “NEXTA” Telegram kanalının qurucusu Roman Protaseviç də təyyardə olub və o, eniş zamanı saxlanılıb. /unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026