• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Meksikada adamyeyən silsilə qatil həbs olunub

DÜNYA

24 May 2021 | 10:59

Meksikada adamyeyən silsilə qatil həbs olunub

Meksika polisi 72 yaşlı silsilə qatili həbs edib.

“El Pais” nəşrinin məlumatına görə, o, son 20 il ərzində 30 nəfəri öldürdüyünü etiraf edib.

Polis onun evini mayın 13-də itkin düşən 34 yaşlı Reyna Rodriqesin ölümü faktını araşdırarkən aşkar edib. Evdə aparılan axtarışlar zamanı çox sayda insan cəsədlərinin qalıqları üzə çıxıb. Cinayətkarın öz qurbanlarının ətini yediyi məlum olub.

Həmçinin, manyak öz qurbanlarının qətlinin audioyazılarını da qeyd edib. Onun cinayətlərinin sayı DNT analizlərindən sonra dəqiqləşəcək.

(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026