2020-ci ildə Qərbi Afrikada 700 terror hücumu nəticəsində ən azı iki min nəfər həyatını itirib. Bu barədə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Komissiyasının (ECOWAS) sədri Jan-Klod Kassi Bru məlumat verib.
Bru ECOWAS ölkələrində təhlükəsizlik vəziyyətinin hələ də ciddi narahatlıq yaratdığını qeyd edib. "ECOWAS-ın 15 ölkəsinin səylərinə baxmayaraq 2020-ci ildə 700 fərqli terror hücumu baş verib, bu müddət ərzində 2000 hərbçi və mülki şəxs öldürülüb", - deyə komissiya rəhbəri deyib. Onun sözlərinə görə, terror hücumları əsasən Burkina Faso, Mali, Niger və Nigeriya kimi ölkələrdə həyata keçirilir./deyerler/
















