• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İmran Xan: “Taliban bütün Əfqanıstanı məğlub edə bilməz”

DÜNYA

22 Iyun 2021 | 18:54

İmran Xan: “Taliban bütün Əfqanıstanı məğlub edə bilməz”

Pakistanın baş naziri İmran Xan ölkəsinin Əfqanistan barışıq prosesində əməkdaşlıq etmək istədiyini söyləyərək, Talibanın bütün Əfqanıstanı məğlub edə bilməyəcəyini vurğulayıb.

Deyerler.org xəbər verir ki, İmran Xan Nyu-York Tayms qəzetindəki bir məqalədə, Talibanın bütün Əfqanıstanı məğlub edə bilməyəcəyini və müvəffəq olmaq üçün hər hansı hökumətə daxil edilməli olduğunu yazıb.

Taliban son iki ayda, xüsusilə ABŞ-ın prezidenti Cozef Baydenin bu il 11 sentyabr tarixinə qədər ABŞ əsgərlərinin Əfqanıstandan çıxacağını elan etməsi ilə Əfqanıstan qüvvələrinə hücumlarını artırıb.

Son iki ayda təxminən 50 şəhər ya Taliban tərəfindən ələ keçirilib, ya da qarşıdurmalara şahid olub. Bu şəhərlərin çoxu təhlükəsizlik qüvvələrinin müqaviməti olmadan Talibanın əlinə keçib.

Möhkəmləndirmə çatışmazlığı şəhər mərkəzlərinin Talibanın əlinə keçməsinin əsas səbəblərindən biri hesab olunur.

Bəzi vilayətlərdəki yerli mənbələr, Taliban üzvlərinin sayı və bu şəhərlərin bir neçəsinə edilən hücumların dərəcəsi barədə təbliğat aparmasının, hökumət qüvvələrinin bölgəni müqavimət göstərmədən tərk etməsinə səbəb olduğunu söyləyib.

İmran Xan, həmçinin Pakistanın Əfqanıstan sülh prosesində ABŞ ilə əməkdaşlığa hazır olduğunu, ancaq ABŞ əsgərlərinin geri çəkilməsi ilə münaqişənin daha da böyüməsindən qaçacağını yazıb.

Keçən həftə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi TOLO News-a verdiyi açıqlamasında ölkəsinin Əfqanıstan sülh prosesində əməkdaşlıq etmək istədiyini söyləyib.

Pakistanın baş naziri vurğulayıb ki, əvvəllər Pakistan Əfqanıstandakı partiyalar arasında seçimlərdə səhvlər etmiş, lakin bu təcrübədən dərs çıxarmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026