• Bakı 15° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Bayden Floydun ailəsi ilə görüşəcək

DÜNYA

24 May 2021 | 10:26

Bayden Floydun ailəsi ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden polis tərəfindən saxlanılan zaman boğularaq öldürülən afro-amerikalı Corc Floydun ailəsi ilə görüşəcək.

Bakivaxti.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Görüş 25 may tarixində, Floydun ölümünün ildönümü günündə baş tutacaq. Görüşün yeri və saatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Corc Floyd 25 may 2020-ci il tarixində Minneapolis şəhərində saxlanılarkən polis əməkdaşı Derek Şovin tərəfindən boğularaq öldürülüb. Bundan sonra ABŞ-da iğtişaşlarla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib. Hökumət Vaşinqton və Nyu-York da daxil olmaqla təxminən 40 şəhərdə komendant saatı tətbiq edib. Şovin məhkəmənin qərarı ilə həbs olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026