ABŞ-də yük gəmisində partlayış baş verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Merilend ştatının Baltimor şəhərinin limanı yaxınlığında kömür daşıyan "W-Sapphir" yük gəmisində olan partlayış zamanı gəmi yanıb.
Gəminin göyərtəsində 23 ekipaj üzvü və iki pilotun olduğu qeyd olunub.
Hazırda ölənlər barədə məlumat yoxdur.
Mina Mikayılova