ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 31 trilyon dolları ötüb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinın açıqlamasında bildirilir.
Məlumata görə, ölkənin borcu 31,1 trilyon dollara çatıb. Sözügedən borcun məbləği narahatlıq doğursa da, iqtisadçılar faiz dərəcələrinin artmasının ölkənin artan borc problemlərini daha da dərinləşdirə biləcəyini bildiriblər.
Nuranə Daxilqızı
















