• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ Tayvanın müstəqilliyinə qarşıdır

DÜNYA

12 May 2022 | 01:16 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Tayvanın müstəqilliyinə qarşıdır

"Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir".

Bakıvaxtı.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib. 

Tayvanın müstəqilliyini dəstəkləmədiklərini deyən Prays Çinin siyasətinə sadiq qaldıqlarını vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı Çini tənqid edib (apa).

Diplomat Çini təkcə Asiya qitəsində deyil, bütövlükdə dünyada söz azadlığını və demokratik normaları pozmaqda ittiham edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026