• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Malayziyada ölüm hökmü ləğv edilir

DÜNYA

11 Iyun 2022 | 00:28 | Müəllif: Subhan Mahmudov

Malayziyada ölüm hökmü ləğv edilir

Malayziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər yazıb.

Hazırda Malayziyada 11 cinayət növü üzrə, o cümlədən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə bağlı məcburi cəza kimi ölüm hökmü nəzərdə tutulub.

Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.

Dəyişiklikləri ehtiva edən qanun layihəsinin parlamentə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026