• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə saldı

DÜNYA

10 Iyul 2022 | 20:18

Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə saldı

Aralıq dənizində güclü külək “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18 Super Hornet” qırıcısını dənizə salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb”, - Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR