• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Abşeronda binanın transformatoru yandı - Sakinlər təxliyyə edildi

HADİSƏ

16 Yanvar 2023 | 00:37 | Müəllif: Subhan Mahmudov

Abşeronda binanın transformatoru yandı - Sakinlər təxliyyə edildi

Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.

Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.

Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.

Alovun ətrafa keçməsinin qarşısını alınmaq üçün dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Təhlükəsizlik məqsədilə sakinlər təxliyyə edilib.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026