• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Xəzərdə zəlzələ oldu

HADİSƏ

14 Fevral 2023 | 22:53 | Müəllif: Subhan Mahmudov

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,7 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Dağıstan Respublikası Elmlər Akademiyasının geofizika xidmətinin rəhbərindən Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə Xəzərdə seysmik hadisə baş verməsi barədə məlumat daxil olub. Maqnitudası 3,7 bal olan yeraltı təkanlar dənizin 2 km dərinliyində, sahildən 25 km aralıda qeydə alınıb”, - məlumatda deyilir.

Dağıntılar barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026