• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı

HADİSƏ

14 Fevral 2023 | 20:28 | Müəllif: Subhan Mahmudov

12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı

Bakıda ərəb turistin cibindən pul oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma zamanı pulu oğurlayan şəxslərin yeniyetmə qızlar olması müəyyən edilib. Belə ki, Səbail RP 39-cu Polis Bölməsinə fevralın 13-ü saat 14 radələrində Bülbül prospekti 18A-nın qaşısında Səudiyyə Ərəbistanından olan turist Alrashidi Bader Yousefin cibindən 1000 dollar oğurlanması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Yevlax rayon sakini olan 12 və 14 yaşlı iki qız tərəfindən törədilməsi müəyyənləşdirilib.

Hər iki qız polis tərəfindən saxlanılıb./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026