• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Abşeronda çoxmərtəbəli binada YANĞIN -YENİLƏNİB - VİDEO

HADİSƏ

29 May 2024 | 20:57 | Müəllif: Subhan Mahmudov

Abşeronda çoxmərtəbəli binada YANĞIN -YENİLƏNİB - VİDEO

Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib. 

***20:42

Abşeronda yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026