ABŞ Şimali Atlantika Alyansının rəhbərliyi altında Ukraynaya silah tədarükünü koordinasiya edən Ramstein qrupunu təhvil verməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu ideya Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi tərəfindən rədd edilib.
Müşavirin sözlərinə görə, Ramstein qrupuna daxil olan ölkələri Amerika rəhbərliyi birləşdirir.
“O, NATO-dan daha böyükdür, Hind-Sakit okean regionu da daxil olmaqla, dünyanın 50-yə yaxın ölkəsidir”.
Mina Mikayılova
















