• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağcabədidə 16 min tondan çox pambıq yığılıb

İQTİSADİYYAT

22 Oktyabr 2022 | 13:30 | Müəllif: Subhan Mahmudov

Ağcabədidə 16 min tondan çox pambıq yığılıb

Bu günə Ağcabədi rayonunda sahələrdən 16 min tondan çox pambıq yığılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kənd Təsərüffatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Bu il Ağcabədi rayonunda 11 838 hektar sahədə pambıq əkini aparılıb.

Qeyd edək ki, Respublika ərazisində məhsul yığımı prosesinə 447 pambıqyığan kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Texnikaların sayı məhsulun 100 %-ə yaxınını mexaniki üsulla yığmağa imkan verir.

Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026