• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ağsuda oğurlanan samovar deputatın babasından miras qalıb

CƏMİYYƏT

17 Aprel 2021 | 11:49

Ağsuda oğurlanan samovar deputatın babasından miras qalıb

Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib.

"Report"un əldə etdiyi məlumata görə ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.

"Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi", - zərərçəkən F.Kərimli deyib.

Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub.


Ağsuda oğurlanan samovar deputatın babasından miras qalıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026