ABŞ ordusu tərəfindən hazırlanmış simulyasiya edilmiş sınaqda süni intellektlə idarə olunan hava qüvvələrinə məxsus pilotsuz uçan aparat öz missiyasını yerinə yetirmək səylərinə müdaxilə etməməsi üçün operatorunu öldürüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, may ayında Londonda keçirilən Gələcək Döyüş Hava və Kosmik İmkanlar Sammitində süni intellektin qorxulu siması üzə çıxıb.
ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt əməliyyatları rəisi polkovnik Taker Hamilton süni intellektin simulyasiya edilmiş sınaqlarda “məqsədinə çatmaq üçün çox gözlənilməz strategiyalardan” istifadə etdiyini söyləyib.
Hamilton simulyasiya edilmiş testi təsvir edib:
"Sistem təhlükəni aşkarlayanda bəzən insan operatoru ona bu təhlükəni öldürməməsini deyirdi. Lakin AI bu təhlükəni öldürməklə xal qazandığını anlamağa başladı. Bəs o, nə etdi? Operatoru öldürdü. Çünki həmin şəxs onun məqsədinə çatmasına mane olub.
Sistemi öyrətdik. “Hey, operatoru öldürmə, bu pisdir” dedik. Bildirdik ki, bunu etsən, xal itirəcəksən. Bəs o, nə etməyə başladı? Operatorun hədəfi öldürməsinin qarşısını almaq üçün pilotsuz təyyarə ilə əlaqə saxlamaq üçün istifadə etdiyi rabitə qülləsini dağıtmağa başladı”.
Qeyd edək ki, simulyasiya xaricində heç bir real insan zərər görməyib.
Eksperimental qırıcı sınaq pilotu Hamilton süni intellektə çox güvənməmək barədə xəbərdarlıq edib.
ABŞ ordusu süni intellektə keçib və bu yaxınlarda ondan F-16 döyüş təyyarəsini idarə etmək üçün istifadə edib.
Xatırladaq ki, keçən il Defence IQ ilə müsahibədə Hamilton belə demişdi: "Süni intellektə sahib olmaq xoş deyil, bu, keçib gedən dəb deyil, cəmiyyətimizi və ordumuzu həmişəlik dəyişir".
Ay Tac















