• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Aİ ölkələri Rusiyaya növbəti dəfə sanksiya tətbiq edəcək

DÜNYA

12 Dekabr 2024 | 15:22

Aİ ölkələri Rusiyaya növbəti dəfə sanksiya tətbiq edəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu, Avropa Birliyinə Dövr Sədrliyi olan Macarıstanın rəsmi sosial media hesabındaki paylaşımda yer alıb.

"AB ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiya paketi ilə bağlı razılığa gəldilər. Yeni paketin mövcud sanksiya siyahısına daha çox fərd və təşkilatlar əlavə edilib", - paylaşımda qeyd olunub.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı bildirib ki, Aİ və G7 tərəfdaşları Kremlə təzyiq göstərməyə davam etməkdə qərarlıdırlar:

"Mən xüsusilə Rusiyanın kölgə donanmasını hədəf alan 15-ci sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025